Dünya futboluDünya cempionatı

Ronaldodan daha bir tarixi rekord

Portuqaliya yığmasının 40 yaşlı hücumçusu Kriştiano Ronaldo dünya çempionatının seçmə mərhələsində bütün zamanların rekordçusu olub.

Aut.az xəbər verir ki, bu gün, oktyabrın 14-də forvard DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Macarıstanla matçın 22-ci dəqiqəsində qol vuraraq hesabı 1:1 edib. Bu, Ronaldonun dünya çempionatının seçmə mərhələsində vurduğu 40-cı qol olub. O, 43-cü dəqiqədə Portuqaliyanı hesabda önə çıxararaq seçmə mərhələdə 41-ci qolunu da vurub.

Ronaldo Dünya Çempionatının seçmə mərhələsində qolların sayına görə qvatemalalı Karlos Ruizi (39 qol) ötüb. Lionel Messi 36 qolla üçüncü, iranlı Əli Daei dördüncü (35), polşalı Robert Levandovski isə beşincidir (33).

Klub səviyyəsində portuqaliyalı forvard Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir, müqaviləsi 2027-ci ilin yayına kimidir. “Transfermarkt” portalının məlumatına görə, oyunçunun bazar dəyəri 12 milyon avrodur.

Aut.az