“Borussiya” ona tapşırıldı – Rəsmi
Niko Kovaç “Borussiya Dortmund”un yeni baş məşqçisi olub.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Xoş gəldiniz, Niko! Dortmund “Borussiya”sı Niko Kovacı yeni baş məşqçi təyin edib”, – paylaşımda deyilir.
Klubdan verilən açıqlamada 53 yaşlı Berlin əsilli mütəxəssisin “Borussiya” ilə 30 iyun 2026-cı ilə qədər müqavilə imzaladığı və bazar günü “Haydenhaym”la Bundesliqa oyunundan sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacağı bildirilib.
Niko Kovaçın əvvəlki iş yeri “Volfsburq” olub. “Borussiya” Almaniya Bundesliqasında 2024/2025 mövsümündə 11-ci yerdədir. Komanda 19 matçda 26 xal toplayıb.
Aut.az
