İtaliyanın rəqibləri bəlli olduqdan sonra Spalettinin sifəti – FOTO
Dekabrın 2- də Avro 2024-ün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Aut.az xəbər verir ki, İtaliya millisi İspaniya, Xorvatiya və Albaniya yığmaları ilə birlikdə B qrupunda mübarizə aparacaq.
Ekspertlər B qrupunu “ölüm qrupu” adlandırırlar.
“Skuadra Adzurra”nın baş məşqçisi Luçano Spalettinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki rəqiblərini tanıdıqdan sonra onun emosiyaları kameralara tuş gəlib.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Aut.az
