2000-ci illərin 10 ən yaşı futbolçusu
“FourFourTwo” nəşri 2000-ci illərin ən yaxşı futbolçularının siyahısını dərc edib.
Aut.az xəbər verir ki, Kriştiano Ronaldo və Lionel Messi müvafiq olaraq 5 və 4-cü yerləri tutaraq ilk üçlükdən kənarda qalıblar.
3-cü sırada Ronaldo Nazario qərarlaşıb. 2000-ci illərdə braziliyalı Dünya Kubokunu və ikinci “Qızıl topu”nu qazanıb. “Arsenal”ın əfsanəsi Tyerri Anri 2-ci yeri tutub. Birinci pillədə isə Ronaldinyo qərar tutub.
Sehrbazın heyrətamiz statistikası yoxdur (544 matç, 197 qol, 166 məhsuldar ötürmə), lakin onun futbolun bir oyun kimi inkişafına verdiyi töhfə vurulan qollarla ölçülə bilməz.
2000-ci illərin ən yaxşı 10 futbolçusu:
- Ronaldinyo
- Tyerri Anri
- Ronaldo
- Lionel Messi
- Kriştiano Ronaldo
- Zinəddin Zidan
- Xavi
- Andres İnyesta
- Luiş Fiqu
- Andrea Pirlo
Aut.az
