Cəlal Hüseynov oynadı?
Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə Sofiya ÇSKA-sı ilə qarşılaşıb. Görüş “Arda”nın məğlubiyyəti ilə başa çatıb – 0:3.
Cəlal bu görüşdə 75-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb. Müdafiəçi 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Arda” 17 turdan sonra 28 xalla 7-ci sıradadır.
