Dünya futbolu

Ronaldo orada çempion ola bilməyəcək?

Aprelin 9-da “Əl-Nəsr” və “Əl-Feyha” klubları arasında futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunun oyunu keçirilib.

Aut.az xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb. “Əl-Nəsr”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo start heyətində kapitan sarğısı ilə meydana daxil olsa da, komandasının bu görüşdə qalib gəlməsinə kömək edə bilməyib.

“Əl-Nəsr” hazırda 23 turdan sonra 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Çempionatın lideri “Əl-İttihad”ın 56 xalı var. “Əl Feyha” 25 xalla 11-cidir.

Aut.az