Dünya futbolu

“Qarabağ” Belçika millisinin baş məşqçisini elə qorxudub ki…

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniya mətbuatına müsahibə verib.

Aut.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan millinin çalışdırıcısı “Qarabağ”ın avrokuboklarda “Gent”ə qarşı keçirdiyi oyunları xatırlayıb:

“Qrupda asan rəqib yoxdur. Dörd həftə əvvəl Konfrans Liqasında “Gent” Azərbaycanda “Qarabağ”a məğlub olarkən (0:1) baş verənləri gözümüzlə gördük. “Qarabağ” mərhələ adlaya bilərdi. Seçmə mərhələ oyunları asan olmayacaq. Heyətimiz yaxşıdır. Qrupdan çıxmaq potensialına sahibik”.

Qeyd edək ki, Belçika yığması seçmə mərhələdə İsveç, Avstriya, Azərbaycan və Estoniya ilə mübarizə aparacaq.