Dünya futbolu

O dəlidir – Məşqdə nə etdiyini bilsəniz, inanmazsınız

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni DÇ-2022-də komandanı qələbəyə aparan millinin kapitanı Lionel Messini tərifləyib.

“Messi bu çempionatda ürəyi ilə oynadı və o, qarşısıalınmaz idi.

Onu yaxından görmək təsvirolunmazdır. Onun məşqdə nə etdiyini desəm, mənə inanmazsınız.

O dəlidir! Mən Leoya dedim ki, nə qədər ki, meydanda xoşbəxtdir, bacardığı qədər oynamağa davam etməlidir. O, bizə göstərdi ki, futbolda heç bir məhdudiyyət yoxdur və bu heyrətamizdir”, – Skaloni keçmiş futbolçu Kristian Vieri ilə müsahibəsində deyib.

Aut.az