Dünya futbolu

Azarkeşə 2 il həbs cəzası

Fransa 2-ci liqasında keçirilən “Bordo” – “Rodez” oyunu zamanı azarkeşin rəqib komandanın futbolçusu Byuadeni vurması ilə bağlı məhkəmə keçiriləcək.

Aut.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb. Xəbərə görə, azarkeşi 2 ilə qədər həbs cəzası gözləyir. Eyni zamanda həmin azarkeş 15 avro cərimələnəcək. Məhkəmə noyabra təyin olunub.

Matç zamanı qol vuran Byuadeyə azarkeşin hücumu nəticəsində o kəllə-beyin travması almaışdı. Oyun isə dayandırılmışdı.