“Qarabağ”ı yıxan futbolçu Avropada tarix yazır
“Gent”in hücumçusu Emmanuel Orban avrokuboklarda ən tez het-trik edən futbolçu olub.
Aut.az xəbər verir ki, nigeriyalı futbolçu “Başakşehir”lə UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqlənib. Belçika təmsilçisi İstanbul klubunu 4:1 hesabı ilə məğlub etdiyi görüşdə 20 yaşlı Orban 3 dəqiqə 24 saniyəyə 3 qol vurub. O, 31, 32 və 34-cü dəqiqələrdə fərqlənib.

Cəmi 1 milyon avro transfer dəyəri olan Orban artıq bir gecədə “Yeni Haland” ləqəbini qazanıb. Qış transfer pəncərəsində Norveçin “Stabaek” klubundan “Gent”ə transfer olunan Emmanuel möhtəşəm performans göstərir. Belçika çempionatında keçirdiyi 5 oyunda 7 qol vuran nigeriyalı forvard Konfrans Liqasında da möhtəşəm çıxış edir. Belçika təmsilçisinin heyətində keçirdiyi 4 avrokubok oyununda 5 qol vuran 20 yaşlı vunderkind artıq diqqət mərkəzinə düşüb. O, keçirdiyi son 2 oyunda 7 dəfə fərqlənib.
O, yalnız “Qarabağ”la Bakıdakı oyunda fərqlənə bilməyib. Amma Belçikadakı görüşdə qol vurmaqla “ağ-göylər”in mərhələlə adlamasında böyük pay sahibi olub.
