PSJ-nin prezidentindən “Real”a çağırış: Qayıdın
PSJ-nin prezidenti Nasser Əı-Xelaifi “Real”ı Super Liqanı tərk etməyə çağırıb.
Aut.az xəbər verir ki, Avropa Klublar Assosiasiyasının (ECA) prezidentinin müraciətində deyilir:
“Biz bir ailəyik. Hər kəsin qayıtmasını istəyirik. Bu doğrudur. Və biz “Real”ın da bizimlə olmasını istəyirik. Hər kəsin qayıtmasını istəyirik. Bu, onların ailəsi və onların evidir, bura hamımızın evidir.
Buna görə də başqa turnirlərə ehtiyacımız yoxdur. Bu gün bizdə ən yaxşı formatlı klub yarışları var. İstədiyimiz budur və bundan sonra nə olacağını görəcəyik”.
Aut.az
