Klopp o finalı xatırladı: Ramosu lənətlədi
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp 2018-ci ildə Kiyevdə komandasının “Real Madrid”ə uduzduğu Çempionlar Liqasının finalını xatırladıb.
Aut.az xəbər verir ki, mütəxəssis “kral klubu”nun kapitanı Serxio Ramosun davranışı barədə ayrıca danışıb .
“Serxio Ramos həqiqətən yaxşı oğlandırmı? O, mənim sevimli oyunçum deyil. Bu qəddar hərəkət idi…
Mən bu zehniyyəti heç vaxt başa düşə bilmədim, belə futbolçularım olmayıb, olanda da, elə davranırdım ki, çıxıb getsinlər. Mən həmişə mərkəz müdafiəçilərimin belə hərəkətlərə qarışmamaq üçün kifayət qədər yaxşı olduğuna inanmışam”, – Klopp deyib.
Kiyevdə keçirilən Çempionlar Liqasının finalında “Liverpul” Madrid “Real”ına 3:1 hesabı ilə uduzub. Həmin oyunda Ramos “Liverpul”un lideri Məhəmməd Salahı zədələmişdi. Salaha oyunu davam etdirə bilməmişdi.
Aut.az
