Dünya futbolu

Eskort xidməti qadın komandasının sponsoru oldu

Braziliyanın “Vitoria” qadın futbol klubunun yeni baş sponsoru “Fatal Models” eskort xidmətləri platforması olub.

Aut.az xəbər verir ki, bu barədə komandanın sosial media hesabında məlumat verilib.

Müqavilə 2025-ci ilin sonuna qədər qüvvədədir. Komandanın futbolkalarında xidmətin loqosu görünəcək.

“Fatal Models” 2023-cü ilin əvvəlindən “Vitoria”nın kişi komandasına da sponsorluq edir. Şirkətin loqosu komandanın oyun və məşq formalarının qollarında yerləşdirilib. Bildirilir ki, bu reklam hərəkəti sayəsində xidmət xeyli gəlir əldə edib.

Braziliyada fahişəlik 2002-ci ildən qanunidir. “Fatal Models” yerli xidməti 2016-cı ildə  yaradılmışdır. 2020-ci ilə qədər platformanın 100 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var.

Aut.az