Azərbaycan futbolu

Sabah AFFA-nın Hesabat Konfransı keçiriləcək

Sabah “Baku Marriott Hotel Boulveard”da AFFA-nın Hesabat Konfransı keçiriləcək.

Aut.az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyində yer alan məsələlər açıqlanıb.

Hesabat Konfransının gündəliyi belədir:

  1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
  2. Konfransın tərkibinin yoxlanılması
  3. AFFA prezidentinin çıxışı
  4. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı
  5. Maliyyə Hesabatları
  6. Müstəqil auditorun hesabatı
  7. AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat
  8. Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı
  9. Digər məsələlər.