32 yaşını onlarla qeyd etdi – FOTO
Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar ad günü şənliyindən danışıb.
Aut.az xəbər verir ki, bazar ertəsi, fevralın 5-də onun 32 yaşı tamam olub.
“Ağladım, gülümsədim və doğum günümdə çox xoşbəxt idim. Bu günü 11 ildən sonra ailəmin və dostlarımın yanında qeyd etmək heyrətamiz idi”, – Neymar sosial şəbəkədə yazıb.
Neymar ötən yay Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.

Aut.az
