Dünya futboluİtaliya

Səudiyyə klubu İtaliya yığmasının hücumçusu üçün 52 milyon ayırdı

Səudiyyə Ərəbistanının “Əl Qadisiya” klubu “Fiorentina”nın və İtaliya yığmasının hücumçusu Moyze Kini transfer etməkdə maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə “TuttoMercatoWeb” məlumat yayıb.

Kinin “Fiorentina” ilə müqaviləsində 52 milyon avroluq sərbəst qalma maddəsi var və “Əl Qadisiya” onu aktivləşdirməyə hazırdır. “Fiorentina” da öz növbəsində hücumçunun müqaviləsini uzatmaq üçün fəal işləyir və yeni müqavilədən satın alma maddəsini çıxarmaq istəyir.

“Əl Qadisiya” artıq Kinin ətrafı ilə ilkin təmaslar qurub, lakin hücumçunun Səudiyyə Ərəbistanına köçməyə razı olub-olmayacağı hələ məlum deyil, çünki bu, onun DÇ-2026-dan əvvəl İtaliya yığmasındakı yerini təhlükə altına qoya bilər.

Kin 2024/25 mövsümündə A Seriyasında 32 oyunda 19 qol vuraraq liqanın ən çox qol vuran ikinci oyunçusu oldu. May ayında hücumçu ilə “Mançester Yunayted”dən maraqlandığı bildirilmişdi.

Aut.az