Dünya futbolu

CAS bu klubun şikayətini rədd etdi: Konfrans Liqasına buraxılmadı

İdman Arbitraj Məhkəməsi (CAS) İrlandiya təmsilçisi “Droheda”nın Konfrans Liqasından kənarlaşdırılması ilə bağlı şikayəti ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb .

Belə ki, rəhbər orqan ölkə kubokunu qazanmasına baxmayaraq, Konfrans Liqasında iştirak edə bilməyəcək komanda ilə bağlı UEFA-nın qərarını qüvvədə saxlayıb.

CAS FA-nın mövqeyi ilə razılaşıb ki, “Droheda” komandanın sahibləri ilə yaranan problemlər barədə əvvəlcədən məlumatlandırılıb və problemi həll etmək üçün martın 1-nə qədər vaxt verilib.

Xatırladaq ki, turnirə vəsiqə qazanan “Droheda” və Danimarkanın “Silkeborq” klubları “Trivela Group”a məxsusdur. UEFA qaydaları eyni sahibi olan iki və ya daha çox klubun turnirdə iştirakını qadağan edir.

Klub artıq bununla bağlı təəssüfünü bildirib və azarkeşlərdən üzr istəyib.

Aut.az