İngiltərə

18 yaşlı futbolçuya görə 62  milyon ödədilər

“Lill”in və Fransa gənclər komandasının mərkəz müdafiəçisi Leni Yoro tibbi müayinədən keçmək və “Mançester Yunayted”lə şəxsi müqaviləsinin yekun detallarını razılaşdırmaq üçün Böyük Britaniyaya gedib.

Aut.az xəbər verir ki, bu barədə  “Athletic” məlumat yayıb.

Ötən həftə klublar 18 yaşlı futbolçunun 62 milyon avroya transferi ilə bağlı razılığa gəliblər.

Yoro karyerasını “Real”da davam etdirmək istədiyini bildirsə də, Madrid klubu təzminatın məbləği ilə bağlı razılaşmayıb.

Yoro “Lill”in yetirməsidir. O, ötən mövsüm klubda 44 oyun keçirib və 3 qol vurub.

Aut.az