Dəqiqləşdi: “Real” 15 günə görə “Liverpul”a bu qədər ödəyəcək
Trent Alexander-Arnoldun “Liverpul”dan erkən gedişi “Real”a 2 milyon avroya başa gələcək.
Aut.az AS-a istinadən xəbər verir ki, bu, müdafiəçinin Klublararası Dünya Çempionatında iştirakına görə madridlilərin mersisaydlılara ödəyəcəyi dəqiq məbləğdir.
Turnir ABŞ-da iyunun 15-də başlayır və Trentin “Liverpul”la müqaviləsi isə iyunun 30-a qədər davam edir.
Buna görə də İngiltərə klubu oyunçunun erkən gedişinə görə təzminat almaq hüququna malikdir.
Aut.az
