İngiltərə

“Çelsi”nin planı: Hücumçu və müdafiəçini satmaq və…

“Çelsi” transfer məsələlərini Premyer Liqanın yeni mövsümü başlamazdan əvvəl başa çatdırmaq istəyir.

Aut.az xəbər verir ki, məşqçilər korpusu əsas komandaya daha iki və ya üç oyunçunun alınmasını istəyirlər.

Rəhbərliyin qapıçı, sol cinah yarımmüdafiəçisi və hücumçu ilə müqavilə imzalamağı hədəflədiyi bildirilir.

“Çelsi” “Atletik Bilbao”nun hücumameyilli yarımmüdafiəçisi Niko Uilyamsla maraqlanır, lakin “Barselona” və PSJ tərəfdən  yüksək rəqabətlə üzləşir. Qapıçı mövqeyinə “Vilyarreal” və Danimarkanın gənclər millisinin üzvü Filip Yorgensen nəzərdə tutulur.

Amma forvardın transferi Romelu Lukakunun durumundan asılıdır. “Mavilər” onu satmaq istəyir, lakin hələ ki, tam transferlə bağlı razılığa gələ bilməyiblər.

Bundan əlavə, londonlular yeni baş məşqçi Enzo Mareskinin planlarına daxil olmayan sol cinah müdafiəçisi Ben Çiluveli də satmağa hazırdır.

Aut.az