İngiltərə

Qalmaqallı gedişindən danışdı: Çox emosional idim

“Ayaks”ın yarımmüdafiəçisi Cordan Henderson ” Liverpul”dan ayrılması ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki,  Henderson mersisaydlıların mövsümün sonunda kuboklar qazanacağına inandığını da bildirib.

“Geriyə baxanda düşünürəm ki, o vaxt çox ağrılı olsa da, bir oyunçu kimi mənim, həm də komanda olaraq onlar üçün doğru vaxt idi. Çox emosional idim. İndi həmin dövrə nəzər saldıqda bunun məşqçi və klub tərəfindən verilən düzgün qərar olduğunu görmək asandır. Bu, hər şeyi təzələmək üçün ən yaxşı həll idi.

Ümid edirəm ki, Kloppun hekayəsinin sonu nağıl kimi bitəcək, çünki onlar hamısı buna layiqdirlər. Hamısı çox çalışır, keçən mövsüm meydanda və meydandan kənarda bir çox cəhətdən çox çətin idi, buna görə də bu mövsüm çox yaxşı gedir və mən onlarla fəxr edirəm. Ümid edək ki, onlar mövsümü yüksək səviyyədə başa vurub, mümkün qədər çox kubok qazana biləcəklər”, – Henderson deyib.

Henderson 12 il (2011-ci ildən 2023-cü ilə qədər) “Liverpul”da çıxış edib. Mersisaydlılarla yarımmüdafiəçi 2018/2019 mövsümündə UEFA Çempionlar Liqası da daxil olmaqla səkkiz kubok qazanıb.

Bu mövsüm İngiltərə Liqa Kubokunun finalında “Çelsi”ni məğlub edən “Liverpul” artıq bir kubok qazanıb (1:0). “Qırmızı-qaralar” hazırda 63 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir və ikinci yerdə qərarlaşan “Mançester Siti”ni bir xal qabaqlayır.

Aut.az