Avropa LiqasıAzərbaycan futbolu

Başımızı dik tutmalıyıq – “Qarabağ”ın futbolçusu

“Qarabağ” Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunda Bakıda “Bayer”lə 2:2 hesablı heç-heçə edib.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Patrik Andrade matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Oyunu necə dəyərləndirirsən?

– Matça yaxşı başladıq. Birinci hissənin məntiqi nəticəsi kimi hesabda 2:0 önə keçdik. Rəqib ikinci yarıda hesabı bərabərləşdirməyi bacardı. Bu, sanki ağızda acı dad təəssüratı yaratdı.

– Üstünlüyü qorumaq üçün nə çatmadı?

– Bu futboldur. Meydanda özümüz özümüzlə oynamırıq. Rəqib ikinci yarıda çoxlu qol epizodları yaratdı. Xüsusilə də oyunun sonlarına yaxın. Bunun nəticəsində hesabı bərabərləşdirdilər.

– “Qarabağ” bu nəticəyə layiq idi?

– İstənilən halda iki top fərqli üstünlüyü əldən vermək məyusedicidir. Amma başımızı dik tutmalıyıq. Qarşıda “Zirə” ilə oyun var. Yaxşı hazırlaşmalıyıq.

– Cavab matçında belə oynamaq olar?

– Bilmək olmaz. Futbolda əvvəlcədən nəsə demək olmur. Hələ “Zirə” ilə oyuna köklənməliyik. Daha sonra “Bayer”lə cavab görüşünə hazırlaşacağıq.

Aut.az