Dünya futbolu

Sərxoş olub tualetin yanında yatmışdı, saatı da…

“Tottenhem”in keçmiş yarımmüdafiəçisi Cermeyn Cenas keçmiş komanda yoldaşı Luka Modriç haqda danışıb.

Aut.az xəbər verir ki, o, Modriçin komanda yoldaşları ilə ilk tanışlıq zamanı sərxoş olduğunu xatırlayıb.

“Tanışlıq ziyafətinə getdik. Orda yeni gələnlərin necə insan olduqlarını müəyyən etmək olar.

Allahım, düzünü desəm, xorvat oğlanlarının hamısı soyuqqanlı idilər, amma içməyi xoşlayırdılar. Hələ gec deyil, axşam saat 10 radələrində çiynimə vurub deyirlər: “Cey, sənin köməyinə ehtiyacımız var”. Mən otağa girdim və Luka demək olar ki, tualetin yanında yatırdı, “Rolex” biləyindən düşdü. Sondaonu kürəyimizdə evə aparıb yatızdırdıq”, – Cenas deyib.

Aut.az