Ronaldo həftədə 1milyard almağa layiqdir: Saha səbəbini də izah etdi
“Mançester Yunayted”in keçmiş hücumçusu Lui Saha hesab edir ki, keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun futbola verdiyi töhfəni nəzərə alaraq böyük pul qazanmağa layiqdir.
Ötən may ayında 40 yaşlı forvard “Əl-Nəsr”lə müqaviləsini 2027-ci ilə qədər uzadıb. Mətbuatda futbolçunun maaşının hər mövsüm üçün 183 milyon avro olacağı bildirilirdi.
Aut.az xəbər verir ki, Saha bu barədə İngiltərə mətbuatına danışıb.
“Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında futbolun səfiridir və o, oraya çoxlu səviyyəli gənc oyunçuları cəlb edib.
Ronaldo yeni müqaviləyə layiqdir, çünki yaşı çox olsa da, zirvədə qalır və son matçlarda bunu sübut edib. Bu inanılmaz nailiyyətdir və o, yeni müqaviləyə layiqdir. Futbol və cəmiyyət üçün etdiklərinə görə, yəqin ki, həftədə 1 milyard avro maaş almağa layiqdir.
Onun 40 yaşı var, amma 25 yaşındakı kimi işləyir və bu inanılmazdır. O, Yaxın Şərqdə və dünyada iz qoyub. Ronaldo bu müqaviləyə dünyanın bütün oyunçularından daha çox layiqdir, heç bir başqa idmançı bunu etməyib.
O, adının təsirini başa düşür. Mən Kriştianoya etdiyinə və nail olmağa çalışdığına görə böyük hörmətlə yanaşıram. Ronaldo hələ də daha yaxşı nəticələr əldə etmək istəyir. “Mançester Yunayted”də 25 yaşında olan oyunçular var, amma onlar 40 yaşındakı kimi davranırlar. O, tamam başqadır”, – Saha deyib.
Aut.az
