Alonso onunla danışıb: Hər şey məxfi qalacaq
“Çelsi”nin baş məşqçisi Xabi Alonso yarımmüdafiəçi Entso Fernandesin gələcəyi ilə bağlı fikirlərini bildirib.
Daha əvvəl mediada argentinalı yarımmüdafiəçinin “Real Madrid”ə keçmək istədiyi bildirilirdi.
Aut.az xəbər verir ki, Alonso jurnalistlərə bildirib:
“Danışdıq, amma başa düşdüyünüz kimi, danışdıqlarımız məxfi qalacaq. Amma bəli, söhbətimiz oldu. Və bəli, istəyirəm ki, o, “Çelsi”də qalsın”.
Nüfuzlu “Transfermarkt” portalı 25 yaşlı Entso Fernandesi 90 milyon avro dəyərində qiymətləndirir. Yarımmüdafiəçinin “Çelsi” ilə müqaviləsi 2032-ci ilin ortalarına qədərdir.
Aut.az
