İngiltərə

Gündoğan Mançesterə uçdu: Pepin şəxsi restoranında görüşdülər

“Barselona”nın 33 yaşlı alman yarımmüdafiəçisi İlkay Gündoğan “Mançester Siti” ilə müqavilə imzalamaq üçün Mançesterə uçub.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Qeyd olunur ki, futbolçu avqustun 21-i axşam saatlarında artıq Mançesterə uçub və “Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə onun şəxsi “Tast Catala” restoranında görüşüb. Baş direktor Ferran Sorianonun da olduğu görüşdə futbolçunun komandaya qayıtması müzakirə olunub.

Gündoğanın 1+1 razılaşmasını imzalaması gözlənilir.

Daha əvvəl italyan insayder Fabritsio Romano “şəhərlilərin” Gündoğanın azad agent kimi transferi ilə bağlı “Barsa” ilə tam razılaşdığı barədə məlumat yayıb.

Daha əvvəl bəlli olmuşdu ki, Gündoğan “Barselona” rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib, bundan sonra Kataloniya klubu La Liqanın 1-ci turunun “Valensiya” ilə oyunu üçün onu iştirak ərizəsinə daxil etmə\yib.

İlkay Gündoğan 2023-cü ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçib və 2023/2024 mövsümündə “Blaugrana”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə edib.

Aut.az