“Bavariya”nın onunla əlaqə saxladığını təsdiqlədi
Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik “Bavariya” onunla əlaqə saxladığı barədə yayılan informasiyaları təsdiqləyib.
Aut.az xəbər vrir ki, o, bu sözləri deyib:
“Bavariya” bizimlə əlaqə saxladı. Mən də bu barədə Avstriya Futbol Federasiyasına məlumat verdim. Bizim çox etibarlı münasibətimiz var. Bütün diqqətimi Avstriya komandasına yönəltmişəm. Bütün fikirimiz Avropa çempionatındadır. Burada özümü çox rahat hiss edirəm. Hazırda bununla intensiv və məqsədyönlü məşğul olmaq üçün heç bir əsas yoxdur.
Bunu etmək üçün nə vaxt səbəb olacaq? “Biz səni istəyirik” deyiləcək anda. Sonra özümə sual verməliyəm: bunu istərdimmi”?
Aut.az
