Almaniyaİngiltərə

Qiymət kəsildi: “Liverpul” Alonsoya görə bu qədər ödəməli olacaq

“Bayer” “Liverpul”un hədəfində olan baş məşqçisi Xabi Alonsoya görə buraxılış kompensasiyasını müəyyənləşdirib.

Aut.az xəbər verir ki, “Liverpul” Alonsonu yayda komandaya gətirmək üçün 24 milyon avro ödəməli olacaq.

Bu barədə “Mirror” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Liverpul” rəhbərliyi Alonsonu cari mövsümün sonunda komandadan ayrılacaq hazırkı baş məşqçi Yurgen Kloppun yerinə əsas namizəd hesab edir.

Xatırladaq ki, daha əvvəl mətbuatda İngiltərə klubunun artıq Alonso ilə əlaqə saxladığı və ona 3 illik müqavilə təklif etdiyi barədə məlumat yayılmışdı.

Aut.az