Almaniya

Boşanma olmayacaq: Bu tədbirə birgə gəldilər – FOTO

Mediada və pərəstişkarlar arasında aylarla davam edən fərziyyə və müzakirələrdən sonra Tomas Müller və Lizanın boşanmadıqları bəlli olub.

Aut.az xəbər verir ki, məşhur cütlük Almaniyanın Münhen şəhərində keçirilən nüfuzlu “Pferd İnternational” at şousunda birlikdə görünüb və tədbir zamanı fotolar çəkdiriblər.

Sosial şəbəkələrdə aktiv şəkildə yayılan şəkillərdə Tomas və Lizanın nəinki yaxın olduqları, həm də xoşbəxt və ahəngdar göründüyü nəzərə çarpır. Ayrılıqdan söhbət getmirmiş kimi gülümsəyir, danışır, birlikdə vaxt keçirirlər.

Bu, cütlüyün uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmasıdır və onların münasibətlərinin davam etdiyini effektiv şəkildə təsdiqləyir.

Boşanma olmayacaq: Bu tədbirə birgə gəldilər – FOTO

Boşanma olmayacaq: Bu tədbirə birgə gəldilər – FOTO

Aut.az