İngiltərə

İngiltərə millisinin sabiq qapıçısı xəstəxanalıq oldu

“Reyncers”də çıxış edən İngiltərə yığmasının keçmiş qapıçısı Cek Batland daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, bu barədə “Rangers Review” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 31 yaşlı qolkiper gecəni xəstəxanada keçirib və səhər saatlarında evə buraxılıb. Qeyd olunur ki, qapıçı Şotlandiya çempionatı çərçivəsində keçiriləcək “Seltik”lə ev oyununu buraxacaq.

Bu mövsüm Batlend “Reyncers”in heyətində bütün yarışlarda 29 oyun keçirib, 27 qol buraxıb və 13 matçda qapısını təmiz saxlayıb.

Batland ilə xəstəxanaya yerləşdirildiyinə dair xəbərlərə artıq münasibət bildirib.

“Bütün mesajlarınızı həqiqətən yüksək qiymətləndirirəm, lakin məlumatın düzgün olması vacibdir. Ayağımda xəstəxanaya yerləşdirilməyi tələb edən şiddətli qanaxma var idi. Xoşbəxtlikdən indi hər şey nəzarət altındadır və ümid edirəm ki, hər şey ən qısa zamanda keçəcək.

Söz yox ki, bu, dəhşətli vaxta təsadüf etdi və mən bütün diqqətimi klubumuza kömək etməyə yönəltmişdim. İndi ən vacib şey oğlanlara dəstək olmaq və mümkün qədər tez formada olmağa diqqət etməkdir. Gəlin birlikdə qalaq və “Reyncers”i irəli aparaq”, – deyə qapıçı sosial şəbəkə hesabında yazıb.

Aut.az