Premyer Liqada istefa
“Lester Siti” Premyer Liqanın 12-ci turunun ev oyununda “Çelsi”yə məğlubiyyətin (1:2) ertəsi günü baş məşqçi Stiv Kuperi istefaya göndərib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssis bu il iyunun 20-dən “tülkülər”ə başçılıq edirdi.
Qeyd olunur ki, “Lester” yeni baş məşqçi axtarışlarına başlayıb. Həmin vaxta qədər komandaya əsas komandanın məşqçilərindən olan Ben Douson rəhbərlik edəcək.
“Lester” hazırda İngiltərə çempionatının turnir cədvəlində 16-cı yerdədir.
Aut.az
