İngiltərəİspaniya

“Çelsi” 150 milyon ayırdı: “Barsa”nın bu iki futbolçusuna görə

“Çelsi” “Barselona”nın müdafiəçiləri Jül Kunde və Ronald Arauxo ilə maraqlanır.

Aut.az xəbər verir ki, London klubu onlar üçün təxminən 125 milyon funt sterlinq (150 milyon avro) ödəməyə hazırdır. Bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin məlumatına görə, London klubu qış transfer pəncərəsində onları almağa cəhd edəcək.

Bu mövsüm Kunde bütün yarışlarda 18 matçda iştirak edib və bir qol vurub, beş məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

Arauxo zədə səbəbindən bu mövsüm oynamayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Aut.az