“Barsa” rəhbərliyi vasitəçiylə görüşdü: Onu ərəblərə satmaq üçün
“Barselona” rəhbərliyi hücumçu Robert Levandovskinin yayda Səudiyyə Ərəbistanı komandalarından birinə mümkün transferini müzakirə etmək üçün bu ölkədən olan vasitəçi ilə əlaqə saxlayıb.
Aut.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb
Mənbənin sözlərinə görə, polşalı hücumçunun cari mövsümdə nümayiş etdirdiyi futbol səviyyəsi klubunu rəhbərliyi və məşqçilər korpusunun xoşuna gəlmir. Buna görə onun göndərilməsi əsas priotetə çevrilib.
Xatırladaq ki, bu mövsüm 35 yaşlı futbolçu bütün turnirlərdə 21 matçda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimidir.
