Olimpiya çempionu qarşısında onu görüncə, şoka düşüb – FOTO
Norveçli biatlonçu, üçqat Olimpiya çempionu Tarya Boe Lenzerheydedə keçirilən biatlon üzrə Dünya Kubokunda isveçrəli tennisçi, Böyük Dəbilqə yarışlarının 20 qat qalibi Rocer Federerlə görüşündən danışıb.
“Rocer Federeri görmək gözlənilməz oldu. Bir az şoka düşdüm, çünki qarşımdakının Federer olduğunu dərhal başa düşmədim. Biatlon stadionunda Martin Furkadodan daha böyük birinin olacağına inana bilmirdim”, – Boe “Expressen”ə bildirib.
Hazırda Tarye Boe dünya çempionatının ümumi cədvəlində 2-ci yerdədir, yalnız qardaşı Yohannes Boedən geri qalır.

Aut.az
