Aut.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirdi…
– Komandama təşəkkür edirəm. Qarşımızda güclü “Qarabağ” var idi. Futbolçularım yaxşı mübarizə apardılar. Müdafiədən çıxanda topu itirdik, “Qarabağ” bu vəziyyəti sevir. Buna görə qol vuraxdıq. İkinci hissənin əvvəlində daha yaxşı oynadıq. Dəyişiklik üçün 60-cı dəqiqəni gözlədik. Təhlükəli hücumlar qururduq. Futbolçularıma qış fasiləsinə qədər göstərdiyi oyuna görə təşəkkür edirəm.
– İlk hissədə maraqlı oyun keçdi. Qurban müəllim sizin oyuna yaxşı hazırlaşdığınızı dedi. İkinci yarıda passiv oyun nəylə bağlıdır?
– Qol komandaya təsir etdi. “Turan Tovoz”la çətin iki oyun keçirdik. 4 gün ərzində çox güc sərf etdik. Sadəcə olaraq yorğunluq və qol buraxımız bizə təsir etdi. Buna baxmayaraq, komanda sona qədər mübarizə apardı.
– Fasilədə komandadan ayrılanlar olacaq?
– Gedənlər barədə hər hansı fikrimiz yoxdur. Amma qarşıdakı günlərdə təhlillər olacaq. Komandaya futbolçular cəlb etmək istəyirik. Bu barədə rəhbərliklə danışıqlarımız olacaq.
Hansı mövqeyə oyunçular cəlb etmək istəyirsiniz?
– Hücum xəttini, cinahları gücləndirmək lazımdır. Sıx qrafik var, ona görə heyət gücləndirilməlidir.
– Hakimliklə bağlı fikriniz nədir?
– Bu gün “Qarabağ” layiqli qələbə qazandı. Deyəcəyim sözlər “Qarabağ”la əlaqəli deyil. Ümumiyyətlə, Cavid Cəlilovun bizim oyuna təyin edilməsi düzgün deyil. Çünki “Sabah”la oyundan sonra o, cəzalanmışdı. Cəzadan sonra ilk oyun idi ki, yenə də “Zirə”nin matçını idarə edirdi. Onun hakimliyini bəyənirəm, sadəcə psixoloji cəhətdən bu oyunda iştirakı düzgün deyildi. 75 -ci dəqiqədəki epizod açıq-aydın sarı vərəqə idi və oyunçu meydandan ikinci sarıdan sonra qovulmalı idi. Dərindən təhlil etsək qırmızı vərəqə də verilməli ola bilərdi. VAR hadisəyə müdaxilə etmədi. Həmçinin, Romaonun da İsmayıla qarşı əl hərəkəti var idi ki, onu mənim futbolçu etsəydi, 100% qırmızı vərəqə verəcəkdi. Yenə deyirəm sadəcə olaraq onu bu oyuna təyin etmək doğru deyil.
– Səhvlərlə bağlı Hakimlər Komitəsiylə görüşmək istərdiniz?
– Görüş planlaşdırmırıq. Ümumən baxdıqda hakimlər oyunu daha yaxşı idarə edir.
– “Turan Tovuz”la oyundan sonra mətbuat konfransında komandanın daha sakit oynadığını dedilər. Konfransdan sorakı oyunlarda daha sürətli çıxış edirsiniz. Sanki, göstərirdiniz ki, sürətli oynaya bilərik.
– Qəti. Belə çıxır ki, əvvəl edə bilərdilər indi yox? Bu səhv fikirdir. Çox oyunlarımız var ki, rəqiblərdən üstün oynamışıq. Bəzən epizodlardan yararlana bilməmişik. “Qarabağ”da çıxış edəndə də bu nəticə olurdu, düşünürəm ki, bu mərhələni tezliklə aşaq.
– Sizə elə gəlmirmi ki, hakimləri tənqid edəndən sonra onlar “Zirə”yə qarşı daha çox prinsip aparırlar?
– Bu il xatırlamıram ki, hakimi tənqid edək. Epizodlar ola bilər ki, şərh edirəm. Bu məsələni siz açırsınız, mən cavab verirəm. Ona bilər ki, onlar öz aralarında bizi müzakirə edirlər. Sadəcə mətbuata çıxmırlar.
– “Turan Tovuz”la oyundan sonra demişdiniz ki, mübahisəli epizodlarda bizim əlehimizə qərar verirlər…
– Əgər onu tənqid kimi qəbul edirlərlə, mənlik nəsə yoxdur.
– Hazırlıq prosesini Bakıda keçirməyiniz sizə təsir etməyəcək?
– Hazırlıq keçməyə vaxt azdır. Tərəfdarıyam ki, çempionatda fasilə olmasın. Böyük çempionatlarda fasilələr çox olmur. “Qarabağ”ın fasiləyə ehtiyacı var. Amma biz 5 ay ərzində 18-19 oyun keçirmişik. Düşünmürəm ki, futbolçular yorulub. Futbolçulara fasilə verməliyik ki, bayramı evlərində qeyd etsinlər. Vaxt azlığına görə burada daha hazırlıq keçmək daha yaxşıdır. Hava imkan versə, fasilələrin müddətini azaldıb kubok oyunlarının sayını artırmaq lazımdır. 1/4 finaldan başlamışıq kuboka, düşünürəm ki, bu düzgün deyil. 36 oyun keçirən komanda 4-cü yeri tutur Konfrans Liqasına gedə bilmir. PFL bu barədə düşünməli, qruplar təşkil etməlidir. Kuboku qazanmaq daha çətin olmalıdır. Birinci Liqa ilə Premyer Liqa arasında uçurum var.