İngiltərə millisi yoxlama oyunu keçirdi, qalib gəldi
İngiltərə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk və ikinci turları arasındakı fasilədə MLS təmsilçisi “Sportinq Kansas Siti” ilə qapalı yoldaşlıq oyunu keçirib.
Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, Tomas Tuxelin komandası rəqibini 5:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın qəhrəmanı het-trik edən İvan Toni olub. Digər qolları isə Morqan Rocer və Ollye Uatkins vurublar.
Oyun hərəsi 25 dəqiqədən ibarət iki hissə formatında keçirilib. Tuxel əsasən Xorvatiya ilə matçda (4:2) az və ya heç vaxt almayan futbolçulara şans verib.
İngiltərə yığması iyunun 23-də Qana, 27-də isə Panama ilə qarşılaşacaq.
