İspaniya

Uşaqları zəhərləməyəcək mərkəz açır

“Atletiko Madrid” və İspaniya millisinin yarımmüdafiəçisi Markos Llorente həyat və sağlamlıqla bağlı fikirlərini əks etdirəcək uşaq təhsil mərkəzi açmaq niyyətində olduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, “La Razon” Llorentenin sözlərini sitat gətirib:

“Nəzərimizdə olan və məni həqiqətən ilhamlandıran layihələrdən biri də altı yaşına qədər uşaqlar üçün məktəbdir ki, orada onlar bizim inandığımız təhsili alacaqlar. Yaxşı işıqlandırma, çoxlu açıq hava oyunları, elektromaqnit sahələrindən qorunma, ekranların və ya “iPad”lərin olmaması, köhnə oyuncaqlar və qida keyfiyyətinə nəzarət. Qızımın özünü evdəki kimi hiss etdiyi bir yerdə sərbəst gəzə bilməsini istəyirəm”.

Llorente vurğulayıb ki, bu fikir ona yaş yarımlıq qızı üçün məktəb axtarmağa başlayanda və uyğun bir şey tapa bilməyəndə gəlib.

Llorente əvvəllər də təyyarələrin əhaliyə pestisidlər çilədiyi iddiasını açıq şəkildə müdafiə etmişdi. Bu nəzəriyyənin elmi əsası yoxdur.

Aut.az