Məhkəmə qalmaqallı hakimin cəzasını açıqladı
İngiltərə Premyer Liqasının sabiq hakimi Devid Kut uşaqla bağlı qeyri-etik video işi üzrə iki illik sınaq müddəti ilə şərti olaraq doqquz ay həbs cəzası alıb.
Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
2025-ci ilin sentyabrında Kut 2020-ci ilin yanvarında baş vermiş insidentlə əlaqədar uşaqla bağlı qeyri-etik video hazırlamaqda ittiham olunub. Oktyabr ayında Devid günahını etiraf edib və girov qarşılığında azadlığa buraxılıb.
Daha əvvəl Kut “Liverpul” və Yurgen Klopp haqqında söylədiyi ifadələrə görə Premyer Liqa oyunlarından kənarlaşdırılmışdı. O, şəxsi söhbət zamanı alman mütəxəssisi və mersisayd klubunu təhqir edib. Sonradan Kut narkotik maddələrdən istifadə etdiyini də etiraf edib.
