Səbir tükəndi: Azarkeşlər rəhbərliyə bu mesajı verdilər – FOTO
“Tottenhem” azarkeşlərinin səbri tükənib. Klub uzun müddətdir ki, titul qazana bilmir. Nə məşqçi dəyişikliyi, nə də kluba maliyyə inyeksiyaları kömək etmir.
Aut.az xəbər verir ki, Premyer Liqanın 23-cü turunun “Tottenhem” – “Lester” matçında meydan sahiblərinin azarkeşləri pankart asıblar. Mesajın mətni klub rəhbərliyinə ünvanlanıb: “24 il, 16 məşqçi, 1 kubok. Dəyişiklik vaxtıdır”.
2001-ci ildən klubun prezidenti Daniel Levidir. Onun rəhbərliyi dövründə “Tottenhem” yalnız bir kubok qazanıb – 2008-ci ildə EFL Kuboku.
“Lester”lə görüş “Tottenhem”in 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Klub turnir cədvəlində 15-ci yerdədir. “Tottenhem” Premyer Liqada son 4 oyunda məğlub olub.

Aut.az
