Dünya futbolu

Bu ilin sonunda Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokunun püşkatma mərasimi baş tutub.

Aut.az xəbər verir ki, tədbir sözügedən ölkənin paytaxtı Rebatda baş tutub.

Ev sahiblərinə A qrupunda Mali, Zambiya və Komor adaları rəqib olub. Turnirin son qalibi Fil Dişi Sahili isə F qrupunda Qabon, Kamerun və Mozambiklə yarışacaq.

Turnir 2025-ci il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək keçiriləcək.

A qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları;
B qrupu: Misir, Cənubi Afrika, Anqola, Zimbabve;
C qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya;
D qrupu: Seneqal, Konqo DR, Benin, Botsvana;
E qrupu: Əlcəzair, Burkina Faso, Ekvatorial Qvineya, Sudan;
F qrupu: Fil Dişi Sahili, Qabon, Kamerun, Mozambik.