İngiltərə

Mövsümün oyunçusu kim seçiləcək? – Namizədlər bəllidir

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) Premyer Liqada mövsümün ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.

Aut.az xəbər verir ki, siyahıda altı oyunçunun adı yer alıb. Bunlar “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes, “Nyukasl”ın hücumçusu Aleksandr İsak, “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays, “Liverpul”un futbolçuları – yarımmüdafiəçisi Aleksis Mak Allister və hücumçu Məhəmməd Salahdır.

Qeyd edək ki, Salah Premyer Liqanın özü tərəfindən mövsümün ən yaxşı futbolçusu seçilib.

Mövsümün oyunçusu kim seçiləcək? - Namizədlər bəllidir