İngiltərə

“Liverpul”la bağlı hər şeyi sildi: Nə baş verir? – FOTOFAKT

“Liverpul”un hücumçusu Darvin Nunyes “İnstagram” hesabından klubla bağlı bütün şəkillərini silib.

Aut.az xəbər verir ki, uruqvaylı futbolçu yalnız ailə fotolarını, eləcə də milli komanda və “Benfika”dakı oyunlarından şəkillərini saxlayıb.

Hələlik nə futbolçu, nə də klub baş verənləri şərh etməyib. Azarkeşlər isə artıq nəzəriyyələr qurmağa başlayıblar. Nəticədə indi bu məsələdə iki fikir var.

Birincisi odur ki, Nunyes onu tez-tez çıxışına görə tənqid edən “qırmızılar”ın azarkeşlərinin mənfi rəylərini oxumaqdan sadəcə yorulub. İkincisi isə uruqvaylının yayda klubu tərk etməsidir.

"Liverpul"la bağlı hər şeyi sildi: Nə baş verir? - FOTOFAKT