“Real” İngiltərə nəhənglərinə rəqib oldu: 18 yaşlı futbolçu üçün
“Real” klubu “Zalsburq”un 18 yaşlı cinah hücumçusu Kerim-Sam Alaybeqoviçə maraq göstərir.
Aut.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu” bosniyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalamaq variantını nəzərdən keçirir.
Eyni zamanda “Sky Sport Germany” qeyd edir ki, Alaybeqoviçə İngiltərə Premyer Liqasının “Mançester Yunayted” və “Çelsi” kimi klubları da maraq göstərir.
Cari mövsümdə futbolçu bütün turnirlərdə 21 oyunda iştirak edib, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına görə, Alaybegoviçin bazar dəyəri 5 milyon avrodur.
Aut.az
