İtaliyaİspaniya

“İnter” “Barselona” ilə danışıq aparır?

“İnter” Mark-Andre ter Ştegenin transferi ilə bağlı “Barselona” ilə danışıqlar aparmır.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbə əlavə edir ki, italyanlar da mümkün transferlə bağlı qapıçının özü ilə əlaqə saxlamırlar. Daha əvvəl bildirilmişdi ki, “Barselona” alman qapıçı yüksək maaş aldığı üçün onu, hətta  pulsuz da buraxmağa hazırdır.

Ter Stegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub, transfer dəyəri 12 milyon avrodur. Ötən mövsüm ciddi zədə səbəbindən 33 yaşlı alman bütün yarışlarda cəmi 9 oyuna çıxıb.

Aut.az