Dünya futbolu

Qızıl Kubokun qalibi bəlli oldu – VİDEO

İyulun 6-dan 7-nə keçən gecə Meksika millisi KONKAKAF Qızıl Kubokunun final oyununda ABŞ-ı məğlub edib.

Aut.az xəbər verir ki, turnir ev sahiblərinin görüşün 4-cü dəqiqəsində hesabda önə keçməsinə baxmayaraq, Meksika əzmkar qələbə qazana bilib – 2:1.

Meksikalılar ilk hissənin ortalarında hesabı bərabərləşdiriblər və 78-ci dəqiqədə Edson Alvaresin qolu qonaqlara KONKAKAF-ın 13-cü Qızıl Kubokunu qazandırıb. Bu rekord göstəricidir.

ABŞ – Meksika 1:2 (1:1)

Qollar : 1-0 – 4, Riçards, 1-1 – 27, Ximenez, 1-2 – 78 Alvares.

Aut.az