Dünya futbolu

2 min km yol qət etdi, amma…

“İnter Mayami” azarkeşi Lionel Messinin oyununa baxmaq üçün 1931 km yol qət edib.

Aut.az xəbər verir ki, azarkeş Messinin “İnter Mayami” – “Filadelfiya Yunion” oyununda (1:4) debüt edəcəyini düşünüb. O, 2 min km-ə qədər məsafə qət edib ki, bu oyuna baxsın. Bu barədə məlumatı “Goal” yayıb. Lakin Messi bu görüşdə meydana çıxmayıb.

“Filadelfiya Yunion” bu azarkeşin əlində “Bütün zamanların ən yaxşı oyunçusunu görmək üçün 1200 mil yol qət etdim” yazılmış pankart tutduğu videonu tvit edib. Videonun sonunda fanat plakatı yerə atıb.

Aut.az