İtaliyaDünya futbolu

Modriş üçün mövsüm bitdi: DÇ-yə gedə biləcək?

“Milan” və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç çənə zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Aut.az xəbər verir ki, “Sportske Novosti”nin məlumatına görə, oyunçu yanaq sümüyünün ikiqat sınığı alıb və mövsümün qalan matçlarında “Milana” kömək edə bilməyəcək.

Mənbənin məlumatına görə, Modriç 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kubokunda iştirak edə biləcək. Modriçin kapitanı olduğun Xorvatiya millisi İngiltərə, Qana və Panama komandaları ilə bir qrupda oynayacaq.

Modriçin 40 yaşı var və o, 2012-ci ildən İspaniyanın “Real Madrid” klubunda oynayıb və 2025-ci ilin yayından bəri “Milan” da oynayır.

Aut.az