Mutu “Neftçi”də milyonlar qazanır: Dan Suçu açıqladı
Rumıniyanın “Rapid” klubunun sahibi Dan Şucu ölkəsinin mətbuatına açıqlamasında Adrian Mutunun yay fasiləsində “Neftçi”nin “sükanı arxasına” keçməsini dəyərləndirib.
Aut.az xəbər verir ki, futbol funksioneri 44 yaşlı mütəxəssisin bu addımını maliyyə durumu ilə əlaqələndirib:
“Xəyanətkarlıq barədə danışmaq asandır. Ancaq yüksək iqtisadi təzyiqi və beş-altı dəfədən çox maaş məsələsini də nəzərə almaq lazımdır. Mutu ilə qalması üçün danışıqlar apara bilərdim. Amma ortada böyük maaş fərqi var idi”.
Qeyd edək ki, Adrian Mutu çalışdırdığı “Neftçi” Premyer Liqada 8 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb.
