İngiltərə

Əfsanə qəzəbləndi: Biabırçılıqdır

“Mançester Yunayted”in əfsanəsi Rio Ferdinand “qırmızı şeytanlar”ın Çempionlar Liqasında “Qalatasaray”la oyunundakı (2:3) çıxışını dəyərləndirib.

“Qalatasaray”ın haqqını vermək lazımdır, fürsət düşən kimi ​​”Mançester Yunayted”i cəzalandırdılar. “Yunayted” potensialını bir dəqiqəlik göstərir, amma dərhal da mən başımı tuturam. Bu komandada təşkilatlanma, sabitlik yoxdur.

Biabırçılıqdır. Bu Çempionlar Liqasıdır  Əgər təhlükə hiss etmirsinizsə, boşluq hiss etmirsinizsə, cəzalandırılacaqsınız. Bu axşam bir daha bunun şahidi olduq”, – BBC Ferdinanddan sitat gətirib.

Aut.az