İngiltərə

Bunu bacaran ən gənc ikinci oyunçu oldu

“Tottenhem”in yarımmüdafiəçisi Lukas Berqvall İngiltərə Premyer Liqasının “Vest Hem”lə oyununda (3:0) qol vurub və məhsuldar ötürmə edib.

Aut.az xəbər verir ki, o, “mahmızlar”ın tarixində 19 yaş 223 günlüyündə çempionatda həm qol, həm də assist edən ikinci ən gənc futbolçu olub.

Rekord Nik Barmbiyə məxsusdur. O, 1992-ci ilin dekabrında “Nottingem Forest”lə oyunda (18 yaş 321 günlüyündə) qol və məhsuldar ötürmə ilə yadda qalmışdı.

Aut.az